Yığmamızın Belarusla oyunu canlı yayımlanacaq

Yığmamızın Belarusla oyunu canlı yayımlanacaq
XƏBƏR 31 Avqust 2010 / 18:17 2481
-  A +

21 yaşadək futbolçulardan ibarət millimizin AÇ-2011-in seçmə mərhələsindəki son oyunu canlı yayımlanacaq. Qol.Az-ın məlumatına görə, Bernard Lippertin baş məşqçisi olduğu komandamızın sentyabrın 7-də Belarusla səfərdə keçirəcəyi qarşılaşma bu ölkədə böyük maraq doğurur. Pley-off mərhələsinə çıxmaq şansları böyük olan rəqibimizin uğurlu çıxışına Belarus dövlət teleradio şirkəti də biganə qalmayıb. Bu kanal sentyabrın 3-də Şotlandiya, 4 gün sonra isə yığmamızla görüşü canlı yayımlamağa qərar verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner