Kocaeli qəzetlərindən Rəşad Sadıqova xəbərdarlıq

XƏBƏR 31 Yanvar 2009 / 12:03 3320
-  A +

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov və digər futbolçumuz Ramal Hüseynovun çıxış etdiyi «Kocaelispor» komandası bu gün Bakı vaxtı ilə saat 16.00-da «Gənclərbirliyi» klubunu qəbul edəcək. Turnir cədvəlini axır pillələrində olan «Kocaelispor»un superliqada qalması üçün bu oyunda qələbə qazanması mühüm əhəmiyyət daşıyır.
Bu arada Kocaelinin yerli qəzetləri komandada bir «sarı vərəqə»si olan futbolçulara, o cümlədən Rəşad Sadıqova bugünkü oyunda ehtiyatlı olmağı çağırıb. Yerli media hesab edir ki, Rəşad «Gənclərbirliyi» ilə matçda da cəzalanarsa, o zaman növbəti oyunda komandanı pis vəziyyətə qoya bilər. 

 


Son xəbərlər