Elçin Səmədli UEFA kubokunun oyunlarına təyinat alıb

Elçin Səmədli UEFA kubokunun oyunlarına təyinat alıb
XƏBƏR 31 Avqust 2010 / 15:36 2465
-  A +

Futzal üzrə FİFA referisi Elçin Səmədli yeni təyinat alıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, futzal üzrə UEFA kubokunun əsas raundunun Serbiyada keçiriləcək 6-cı qrupunun oyunlarında ədalət prinsiplərini qoruyacaq hakimlərdən biri də Elçin Səmədli olacaq. Bu qrupda «Ekonomats» (Serbiya), «Aksion-21» (Belçika), «Akademiya» (Polşa) və «Kremlen Bisetr» (Fransa) komandaları mübarizə aparacaq. Oyunlar sentyabrın 27-dən oktyabrın 2-dək olan müddətdə keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner