Millimizin almanlarla oyununun başlama saatı müəyyənləşdi

XƏBƏR 31 Avqust 2010 / 14:04 1944
-  A +

AÇ-2012-nin seçmə mərhələsinə hazırlaşan millimizin növbəti oyununun başlama vaxtı müəyyənləşib. Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandası sabah Rust şəhərinin “Europapark” stadionunda keçiriləcək şəhərin eyni adlı komandası ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, bu matç millimizin sentyabrın 7-də Almaniya yığması ilə oyununa hazırlıq xarakteri daşıyır. Yığmamız Almaniya toplanışına dünəndən etibarən start verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner