Mahir Şükürov komandasının ən yaxşısı seçildi

Mahir Şükürov komandasının ən yaxşısı seçildi
XƏBƏR 31 Avqust 2010 / 12:52 2136
-  A +

Millimizin üzvü Mahir Şükürovun Rusiya Premyer Liqasının son turundakı çıxışı yüksək qiymətləndirilib. Qol.Az-ın məlumatına görə, “Anji”nin 28 yaşlı yarımmüdafiəçisi son turda evdə “Sibir” üzərində 1:0 hesabı ilə qələbə qazandıqları oyunda komandasının 3 ən yaxşı futbolçusundan biri seçilib. Qonşu ölkənin məşhur nəşrlərindən “Sport-Ekspress” Mahirə 6 bal verib. Onunla yanaşı Mahaçqala klubunun daha iki üzvü belə yüksək qiymətə layiq görülüb ki, bunlar da Nukri Revişvili və yeganə qolun müəllifi David Sorayevdir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner