İlk mundialın canlı əfsanəsi 100 yaşında öldü

İlk mundialın canlı əfsanəsi 100 yaşında öldü
XƏBƏR 31 Avqust 2010 / 12:08 1861
-  A +

Futbol üzrə ilk dünya çempionatının sonuncu iştirakçısı olan Fransisko Varalyo dünyasını dəyişib. Qol.Az-ın məlumatına görə, Argentina yığmasında çıxış edən əfsanəvi hücumçu 100 yaşında vəfat edib. Mundialın gümüş medalını qazanan Varalyo məşhur “Boka Xuniors” klubunda oynadığı vaxtda 200 qol vurub. O, DÇ-1930-un finalında Uruqvay yığmasına 2:4 hesabı ilə uduzduqları görüşdə forma geyinmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner