Braziliyanın “San-Paulu” futbol klubunda çıxış edən qapıçı Rojerio Seni karyerasında 90-cı qolu vurub. Lent.az-ın məlumatına görə, futbol tarixinin ən məhsuldar qolkiperi avqustun 30-a keçən gecə “Flüminense” ilə ölkə çempionatı matçında fərqlənib.
“Sambaçı” cərimə zərbəsi ilə komandasının ilk qoluna imza atıb. 2:2 hesabı ilə nəticələnən qarşılaşmada “San-Paulu”nun digər qolunu Fernandau vurub. “Flüminense”dən isə Deku və Leandro Euzebio fərqlənib.
Hesab 2:2 olarkən, “Flüminense” penalti vurmaq hüququ qazanıb. Lakin Seni Vaşinqtonun zərbəsini dəf edib. Oyundan sonra bombardir qapıçı bildirib ki, onun üçün 90-cı qolunu vurmaq yox, komandasına heç-heçə bəxş etmək daha vacib idi. O, “San-Paulu”nun turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq üçün çalışmalı olduqlarını açıqlayıb.
Qeyd edək ki, 2010-cu il Braziliya çempionatında “San-Paulu” 17 matçdan 19 xalla 15-ci pillədə qərarlaşıb. “Flüminense” isə 37 xalla liderdir.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil