Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, Ukrayna yığmasının formasını geyinən Aleksandr Əliyevin çıxış etdiyi Moskva "Lokomotiv"i "Zenit"i qəbul edib. Həmyerlimizin komandası darmadağınla üzləşib. Belə ki, "Zenit" Moskva klubunu üç dəfə meydanın mərkəzinə dəvət edib. Aleksandr meydana start heyətinədə çıxıb, 90 dəqiqə oynayıb və 68-ci dəqiqədə sarı vərəqə alıb. Rusiya vətəndaşlığını qəbul etmiş həmyerlimiz Aleksandr Səmədovun çıxış etdiyi çıxış etdiyi Moskva "Dinamo"su "Tom"un qonağı olub. Moskva təmsilçisi meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib. Səmədov meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Daha bir həmyerlimiz, Rusiya vətəndaşlığı qəbul etmiş Emin Mahmudovun çıxış etdiyi "Saturn" "Krılya Sovetov"la qarşılaşıb və oyun 1:1 hesabı ilə başa çatıb. Emin matçı ehtiyat oyunçular skamiyasından izləyib.
Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin məşqçi işlədiyi "Terek" isə Moskva "Spartak"ını qəbul edib. Qroznı təmsilçisi 2:0 hesablı qələbə qazanıb. "Terek" 19 oyundan sonra 27 xalla 6-cı pillədə qərarlaşıb. Millimizin şərəfini qoruyan Mahir Şükürovun çıxış etdiyi "Anji" isə bu gün "Sibir"i qəbul edəcək. Qarşılaşma 19:00-da start götürəcək.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd