İspaniya La Liqasında 2010/11 mövsümünə start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub. Debütant "Erkules" evdə "Atletik"ə minimal hesablı yenilib. "Valensiya" səfərdə "Malaqa"nı məğlub edib. "Seviliya" isə rəqib meydanında debütant "Levante"dən üstün olub. Son ölkə çempionu "Barselona" yeni mövsümə darmadağınla başlayıb. Kataloniya təmsilçisi "Rasinq"i 3:0 hesabı ilə yenib. Messi və İnyesta ilə yanaşı, La Liqada ilk dəfə "Barsa" forması geyinən David Vilya da qol vurub. "Barselona"dan fərqli olaraq, əzəli rəqibi "Real" mövsümə qələbə ilə başlaya bilməyib. "Kral Klubu" səfərdə "Malyorka" ilə "sülh" bağlayıb - 0:0. Tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq.
İspaniya La Liqası
1-ci tur
28 avqust
“Erkules” – “Atletik” - 0:1
Qol: Llorente, 46.
“Malaqa” – “Valensiya” - 1:3
Qollar: Fernandes, 45 - Aduriz, 9. Xoakin, 70; 74.
“Levante” – “Sevilya” - 1:4
Qollar: Ruben, 10-pen - Konko, 12; 62. Neqredo, 28-pen. Renato, 88.
29 avqust
“Deportivo” – “Saraqosa” - 0:0
“Real Sosyedad” – “Vilyarreal” - 1:0
Qol: Prieto, 57.
“Espanyol” – “Xetafe” - 3:1
Qollar: Osvaldo, 33; 54. Datolo, 90 - Qalan, 61-öz qapısına.
“Osasuna” – “Almeriya” - 0:0
“Rasinq” – “Barselona” - 0:3
Qollar: Messi, 4. İnyesta, 31. Vilya, 63.
“Malyorka” – “Real” (Madrid) - 0:0
30 avqust
01:00. “Atletiko” – “Sportinq”
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd