İtaliya A Seriyasında 2010/11 mövsümünə start verilib. Qol.Az-ın məlumatına görə, şənbəyə təsadüf edən ilk oyun günündə iki matç baş tutub. "Udineze" doğma meydanda "Ceona"ya boyun əyib. Ötən mövsümü ikinci pillədə başa vuran "Roma" isə qələbə qazana bilməyib. Paytaxt klubu evdə debütant "Çezena"nın müqavimətini qıra bilməyib. Digər iddialılardan "Yuventus" isə mövsümə məğlubiyyətlə başlayıb. Turin klubu səfərdə "Bari"yə yenilib. Əvəzində "Milan"ın startı möhtəşəm olub. Milanın eyniadlı təmsilçisi debütant "Leççe"ni darmadağın edib - 4:0. "Fiorentina" evdə "sülh"ə razılaşdığı halda, "Latsio" "Sapdoriya"ya yenilib.
Tura bu gün keçiriləcək son oyunla yekun vurulacaq. Son ölkə çempion "İnter" "Bolonya"nın qonağı olacaq.
İtaliya A Seriyası
1-ci tur
28 avqust
“Udineze” – “Cenoa” - 0:1
Qol: Mesto, 81.
“Roma” – “Çezena” - 0:0
29 avqust
“Bari” – “Yuventus” - 1:0
Qol: Donati, 43.
“Milan” – “Leççe” - 4:0
Qollar: Pato, 16; 28. Silva, 23. İnzaqi, 90.
“Kyevo” – “Kataniya” - 2:1
Qollar: Moskardelli, 14. Pellisye, 83-pen - Rikçiuti, 22.
“Palermo” – “Kalyari” - 0:0
“Fiorentina” – “Napoli” - 1:1
Qollar: Kavani, 7 - D`Aqostino, 49.
“Parma” – “Breşiya” - 2:0
Qollar: Bojinov, 11. Morrone, 45.
“Sampdoriya” – “Latsio” - 2:0
Qollar: Kassano, 60-pen. Quberti, 71.
30 avqust
23:45. “Bolonya” – “İnter”
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd