Almaniya Bundesliqasında 2-ci turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, hesabat turunun ilk oyun günündə bir qarşılaşma baş tutub. İlk turda qələbə qazanan son çempion "Bavariya" bu dəfə məğlub olub. Münhen klubu səfərdə "Kayzerslautern"ə boyun əyib.
İkiinci oyun günündə 6 qarşılaşma baş tutub. "Volfsburq" - "Maynts 05" matçı olduqca dramatik alınıb. Belə ki, "Volfsburq" ilk 30 dəqiqədə üç qol vursa da, sonrakı dəqiqələrdə 4 qol buraxaraq meydanı məğlubiyyətlə tərk edib. "Verder" "Köln"ü 4:2 hesabı ilə yenib. "Hannover 96" "Şalke 04"dən, "Frayburq" "Nürnberq"dən, "Hamburq" "Ayntraxt"dan", "Hoffenhaym" "Sankt Pauli"dən üstün olub.
Tura dünən keçirilən 2 oyunla yekun vurulub. "Bayer" də meydanı məğlub tərk edib. Azarkeşlərin 9 qol izlədiyi matçda Münhenqlabax "Borussiya"sı Levekuzen təmsilçisini 6:3 hesabı ilə məğlub edib. "Qarabağ"ın Avropa Liqasındakı çıxışına son qoyan Dortmund "Borussiya"sı isə "Ştutqart"ı 3:1 hesabı ilə yenib.
Almaniya Bundesliqası
2-ci tur
27 avqust
“Kayzerslautern” – “Bavariya” - 2:0
Qollar: İliçeviç, 36. Lakiç, 37.
28 avqust
“Şalke-04” – “Hannover-96” - 1:2
Qollar: Yones, 82 - Rausx, 31. Abdellaue, 49.
“Verder” – “Köln” - 4:2
Qollar: Frinqs, 33-pen. Arnautoviç, 36; 90. Almeyda, 74 - Podolski, 37. Makkenna, 90.
“Volfsburq” – “Maynts-05” - 3:4
Qollar: Dzeko, 24; 28. Dieqo, 30 - Rasmussen, 39. Soto, 48. Şkürrle, 58. Szalay, 85.
“Nürnberq” – “Frayburq” - 1:2
Qollar: Şkyeber, 15 - Sisse, 40-pen; 53.
“Ayntraxt” – “Hamburq” - 1:3
Qollar: Oks, 37 - Altıntop, 37. Nistelrooy, 81. Querrero, 89.
“Sankt Pauli” – “Hoffenhaym” - 0:1
Qol: Vorsah, 87.
29 avqust
“Bayer” – “Borussiya” M - 3:6
Qollar: Derdiyok, 24. Vidal, 58-pen. Kisslinq, 71 - Herrmann, 20; 44. Brouvers, 40. Aranqo, 56. İdrissou, 60. Reus, 69.
“Ştutqart” – “Borussiya” D - 1:3
Qollar: Kakau, 69 - Bilahruz, 5-öz qapısına. Barrios, 26. Qötse, 37.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd