Unibank Premyer Liqasında hələlik cəmi dörd tur arxıda qalsa da, artıq hakimliklə bağlı ciddi narazılıqlar edilir. Qol.Az-ın məlumatına görə, ötən həftə AFFA və PFL-i, Hakimlər Komitəsini ciddi tənqid edən “Qəbələ”nin ardınca “Turan” da haqq səsini ucaltmağa başlayıb. Tovuz klubu rəsmi saytı vasitəsilə bəyanat yayaraq, hakimlərə etirazını bildirib və onları ədalətli olmağa çağırıb. Həmin bəyanatı olduğu kimi təqdim edirik:
“Azərbaycan futbolunda xüsusi dəst xətti olan Tovuz futbolu ölkə prezidentinin futbolun inkişafına dair imzaladığı proqrama uyğun olaraq respublikamızda futbolun inkişafı üçün əməli işlər görür və bu yolda işlərini davam etdirir. Hazırda "Turan" komandasında yerli futbolçular yetişdirməklə yanaşı milli çempionatımızın səviyyəsini yüksəltmək üçün bir sıra əcnəbi futbolçuların xidmətlərində də istifadə edir. Komandamız gəncdir. Lakin buna baxmayaraq Tovuzda mübariz kollektiv formalaşıb. Əfsuslar olsun ki, bir sıra oyunlarımızda komanda hakim haqsızlıqlarının qurbanına çevrilib. 2010-2011-ci il mövsümü yeni başlamasına baxmayaraq hakim haqsızlıqlarından daha çox zərər çəkən klub məhz "Turan" olub. Arxada qalan 4 turdan ikisində bununla əlaqədar etirazlarımızı bildirmişik. AZAL-la oyunda Əfqan Həmzəyev “Simurq”la oyunda isə Ceyhun Haşımovun briqadası təmiz qolumuzu hesaba almadı. Bu nə qədər davam edə bilər? Nəzərə almaq lazımdır ki, hər bir xalın komandanın taleyində nə qədər önəmli rol oynayır. Əgər hakimlər hər dəfə xüsusi maraqdanmı, qərəzçilikdənmi və ya sadəcə bilməməzlikdənmi vurduğumuz qolları saymayıb Tovuz futbolunun taleyi ilə oynayacaqlarsa onda bəs nə etməli? Bizə yalnız təmiz hakimlik kifayət edər. Meydanda kim güclüdür, qoy o da qalib gəlsin. Başa düşürük ki, hakim də insandır. O da səhv edə bilər. Amma belə səhvlər hər dəfə nədənsə “Turan”a qarşı yönəlir. Hörmətli hakimlərimiz, imkan verin futbolumuzu oynayaq”!
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu