"İnter"in baş məşqçisi, AFFA tərəfindən 5 oyunluq cəzalandırılan Kaxaber Sxadadzeni qarşıdakı 5 oyunda köməkçisi Georgi Çixradze əvəz edəcək. Qol.Az-ın məlumatına görə, bu münasibətlə o, paytaxt klubunun rəsmi saytına müsahibə verib.
- Mövsümün başlanğıcını necə qiymtləndirirsiniz? Nəticədən razısınızmı?
- Başlanğıc pis alınmadı. İki oyun qalib gəlmişik, birini səfərdə, digərini öz meydançamızda və ən yüksək yerlər uğrunda mübarizə aparan "Xəzər Lənkəran"la heç-heçə oynamaşıq. Nəticə pis deyil.
- Növbəti 5 oyun "İnter"i meydana məhz siz çıxaracaqsınız. Hansısa məsuliyyəti hiss edirsiniz?
- Məsuliyyət həmişə hiss edilir. O bütün oyunlarda olduğu kimi hiss olunacaq. Biz məsuliyyəti təkcə futbolçulardan yox, məşqçilərdən də tələb edirik. Məsuliyyət maksimum olacaq.
- Kaxaber Sxadadzenin diskvalifikasiya edilməsi komandaya, nəticəyə necə təsir göstərəcək?
- Xoşagəlməz faktdır. Layiq olmayan böyük müddətdir, 5 oyun diskvalifikasiya böyük müddətdir. Vəziyyətə gəldikdəsə, belə hesab edirəm ki, istənilən vəziyyətdən çıxmağı bacarmaq lazımdır. Futbol praktikasında artıq belə vəziyyətlər yaranıb. Biz - Sxadadzenin bütün köməkçiləri əlimizdən gələni edəcəyik ki, onun yoxluğu oyuna təsir göstərməsin.
- "Neftçi"lə oyuna necə hazırlaşmısınız?
- Biz hər bir oyuna çox diqqətlə yanaşırıq, rəqibin oyununu analiz edirik və səhvlərimizi araşdırırıq. "Neftçi"lə oyuna gəldikdə deyə bilərəm ki, komanda ötən illə müqayisədə çox dəyişib, güclənib. Çox da asan oyun olmayacaq.
- Komandada zədəli futbolçular var. Bu məsələ haqqında da danışmaq istərdik.
- Problem ondadır ki, əsas yerli futbolçularımız zədələdirlər. Federasiyanın 3+8 sisteminə keçmək barədə qərar qəbul etməsindən sonra meydana gənc, istedadlı Azərbaycan futbolçularını buraxmaqdan savayı yolumuz qalmır. Lakin onlar da anlamalıdırlar ki, onlara belə şans verilirsə, onu buraxmaq olmaz.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu