"İlk növbədə mövsümün yeniliklərindən danışmaq istərdim. Çempionatı 2 klubun tərk etməsinə baxmayaraq, bu mövsümdən etibarən 4 yeni komanda I divizionda iştirak edəcək. “Şəmkir”, “Sumqayıt” və “Abşeron” klubunun olması, xüsusən də “Şuşa” komandasının birinci divizionda iştirak etməsi məni çox sevindirdi. Bu hamımız üçün bayramdır, “Şuşa”ya uğurlar arzu edirik”. Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev söyləyib. Futbol üzrə birinci divizion komandaları arasında keçirilən Azərbaycan çempionatının püşkatma mərasimində iştirak edən PFL prezidenti yeni mövsüm haqqında fikirlərini bildirib: “Sevindirici haldır ki, həm Avropada, həm də Azərbaycanda öz sözünü demiş “Şəmkir” klubu da bu ildən çıxışını bərpa edir. Keçən il “Standard” klubu Sumqayıt şəhərini təmsil etsə də, yerli azarkeşlərə layiqli qələbə sevinci bəxş edə bilmədikləri üçün çempionatı tərk etdilər. Yeni “Sumqayıt” komandasının yaranması da sevindiricidir. Sumqayıt futbolçuları həmişə gözəl oyun nümayiş etdiriblər, şəhər futbol məktəbi öz göstəriciləri ilə seçilib. Bütün komandaları təşvişə salan isə “Abşeron” komandasıdır. Hələ birinci divizionda iştirak etmələrinə baxmayaraq, artıq Premyer Liqada da özlərindən söz etdiriblər.
Hər bir komandamıza yeni mövsümdə uğurlar arzu edirik, bütün komandalar bizim üçün eynidir. Futbola aid hüququnuzu müdafiə etmək bizim borcumuzdur. Mənim qapım hər bir klub üçün açıqdır, öz köməyimi əsirgəməyəcəm. Həm AFFA, həm də PFL rəhbərliyi divizion komandalarına diqqət ayırır. Birinci divizion komandaları əsasən yerli oyunçulardan təşkil olunduğu üçün qaliblərə mükafat ayırmışıq. İnanıram ki, yeni çempionat keçən mövsümdən daha maraqlı olacaq. Unibank Premyer Liqasının təqvimində olduğu kimi birinci divizionun təqvimində də komandaların oyunları təkrarlanmayacaq. Klublara müraciət edib bildirmək istəyirəm ki, rəqib komandalarını normal şəraitdə, qardaş komanda kimi qəbul edin. Maraqlı oyunların televiziya vasitəsi ilə yayımlamasına çalışacağıq. Bunun üçün yarışlar keçirilən stadionlar da qaydasına salınmalıdır. İnanıram ki, yaxın gələcəkdə hər bir komandanın öz stadionu olacaq, komandalara normal şərait yaradılacaq. Komandalar arasında mehribançılıq olmalıdır. Həm “Şuşa” klubu, həm də Azərbaycan futbolu üçün bacardığımız qədər yaxşılıq etməliyik. İndiki AFFA rəhbərliyi keçmiş rəhbərlik kimi deyil. Dünən AFFA-nın prezidenti Rövnəq Abdullayevlə “Qarabağ”ın “Borussiya” ilə oyununu izləyərkən birinci divizion haqqında söhbət etmişik. Əsasən yerli futbolçulara diqqət ayrılmalıdır. Çalışacağıq ki, birinci divizionun oyunlarını müxtəlif media vasitələrində daha çox işıqlandıraq. Şuşa hamımızın yaralı yeridir, “Şuşa” klubunun birinci divizionda iştirak etməsi “qonşularımız”a bir işarə olsun. İnanıram ki, tezliklə “Şuşa” ev oyunlarını doğma şəhərdə keçirəcək. Ölkə Prezidentin cənab İlham Əliyevə Azərbaycan futboluna verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm, Allahdan can sağlığı arzu edirəm. Hər birimiz tutduğu vəzifədən asılı olmayaraq borcumuzu layiqincə yerinə yetirməli və ölkə başçısının bizə olan etimadını doğrultmalıyıq".
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu