Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov AFFA-nın saytına müsahibə verib
- Əvvəlcə Antalyada keçirilən təlim-məşq toplanışı barədə məlumat verməyinizi xahiş edirik…
- Hələ yayda - çempionata hazırlaşarkən Qəbələdə hakimlərin təlim-məşq toplanışı keçirəcəyi məlum oldu. O ərəfədə İcraiyyə Komitəsinin iclasında AFFA prezidenti Rövnəq Abdullayev ölkə xaricində də toplanış keçirməyimizi təklif etdi. Sözün düzü, bu qərar bizim üçün gözlənilməz oldu. Yəni heç xəyalımıza da gətirməzdik ki, nə vaxtsa Azərbaycan çempionatında oyun idarə edən hakimlər xarici ölkədə təlim-məşq toplanışı keçirəcək. Yayda Qəbələ variantı həll edildiyindən, biz Antalyadakı toplanışın dövrələrarası fasilədə keçirilməsini qərara aldıq. Çünki ikinci dövrə daha gərgin keçəcək. Həm də hakimlər üçün oyun təcrübəsi lazımdır. Oyunlara fasilə verildikdə, hakimlər bir qədər yadırğayır. Yanvarın 17-dən 30-a qədər Antalyada yüksək səviyyədə toplanış keçirdik.
- Plana əsasən, hakimlər hər gün minimum 2 matçda iş başında olmalıydılar. Təşkilatçılar öz üzərlərinə düşən öhdəliyi yerinə yetirdilərmi?
- Ədalət naminə deyim ki, öhdəliyi tam yerinə yetirdilər. Hətta elə gün olurdu ki, hakimlərimiz 5-6 oyun idarə edirdilər. Bakıya dönməyimizə bir gün qalmış isə hakimlərimiz 7 matçda ədalət prinsiplərini qorudular. Ümumiyyətlə, 13 gün ərzində ədalət təmsilçilərimiz 41 görüşdə iş başında oldular. Bundan böyük təcrübə, məktəb ola bilməz. Hər bir hakim ən azı 2 oyun idarə etdi. Elələri oldu ki, 3 görüşdə meydana çıxdılar. Qısa vaxt ərzində bu qədər oyun idarə etməyin özü bir uğurdur.
- Hakimlər necə təsir bağışladılar?
- Biz Türkiyəyə təcrübəli hakimlərlə bərabər, gənc ədalət təmsilçilərini də aparmışdıq. Məqsədimiz onların bu cür ab-havaya öyrəşməsinə, eləcə də belə oyunları idarə etməsinə nail olmaq idi. Etiraf etməliyik ki, bizim çempionatın səviyyəsi qalxsa da, qabaqcıl ölkələrin birinciliklərindən geri qalır. Orada Polşa, Rusiya, Rumıniya, Çexiya, Ukrayna, Moldova kimi ölkələrin komandaları hazırlıq keçirdi. Yəni müxtəlif ölkələrin, məktəblərin komandaları vardı ki, həmin oyunları idarə etmək böyük təcrübə toplamaq deməkdir. Hakimlər arasında özlərini yaxşı tərəfdən göstərənlər də oldu, bir qədər zəif təsir bağışlayan, ümidlərimizi doğrultmayanlar da. Hazırlıq gərgin keçdi. 7:00-dan 8:00-a qədər fiziki hazırlıq olurdu. Saat 9:30-dan 11:30-a qədər nəzəri məşğələlər, 12:30-da yenidən fiziki hazırlıq keçirdik. Günortadan sonra isə oyunlara gedirdik. Axşam 8-dən başlayaraq isə həmin oyunların təhlili aparılırdı.
- Bayaq narazı qaldığınız hakimlərin olduğunu qeyd etdiniz. Adlarını açıqlaya bilərsinizmi?
- Narazı deməzdim, amma həmin hakimlərdən daha yaxşı nəticə gözləyirdik. Məsələn, Rasim Məmmədov, Fuad Həsənov, Ramin Diniyevi nəzərdə tuturam. Özü də gənc hakimləri oyunlara 5-6 gündən sonra təyin etdik. Əvvəlcə təcrübəli hakimlərə şans verdik ki, gənclər həm səhvlərdən nəticə çıxarsınlar, həm də ab-havaya uyğunlaşsınlar. Eləsi oldu ki, özünü yaxşı tərəfdən göstərdi. İlk matçda zəif təsir bağışlayanları ikinci oyuna da təyin etdik ki, özlərini bir daha göstərsinlər. Aralarında hər iki oyunu yaxşı idarə edənlər də oldu, birində yaxşı, digərində isə pis təsir bağışlayanlar da. Toplanış zamanı bir problem də üzə çıxdı. Məsələ ondadır ki, gənc hakimlərdə bərpa prosesi ləng gedir. Onlar 2 gündən bir oyuna təyinat alanda fiziki hazırlıqlarındakı çatışmazlıqlar meydanda özünü büruzə verirdi. Düzdür, bunu ağır «yükləmələr»lə də əlaqələndirmək olar. Çünki oyuna qədər hakimlər gün ərzində 2 dəfə fiziki hazırlıq üzrə məşq keçirdilər. Ancaq çempionat zamanı belə problemlərlə qarşılaşmayacağımıza ümid edirəm. Toplanışda yaxşı tərəfdən də fərqlənənlər oldu. Onlardan Elvin Əsgərovun, Rauf Cabarovun və Hacıəli Ağayevin adlarını qeyd edə bilərəm.
- Deyəsən, hazırlıq zamanı zədədən qaça bilməyən hakimlər də olub...
- Səhər məşqini qumda keçirdik. Həmin hazırlıqlar vaxtı sıradan çıxanlar da oldu. Anar Niyazov, Anar Salmanov və Rövşən Əhmədov zədələndi. Bundan başqa, xəstələnənlər də oldu. Babək Quliyevlə Əfqan Həmzəyev bir-iki gün fiziki hazırlığa qatılmadılar. Zədələnən və xəstələnən hakimlər artıq sıraya dönüblər. Sadəcə, adlarını qeyd etdiyim hakimləri qorumaq naminə onları təlim-məşq toplanışının sonuna yaxın oyunlara təyin etmədik. Hacıəli Ağayev də ayağından zədələnmişdi.
- Seminarlara kənardan mütəxəssis dəvət olunmuşdumu?
- Xeyr. Bunun da əsas səbəbi idarə edəcəyimiz oyunların vaxtını əvvəlcədən bilməməyimizlə bağlı idi. Çünki sabah idarə edəcəyimiz oyunun vaxtını axşam saat 10-da, 11-də öyrənirdik. Görüşlər müxtəlif stadionlarda, bölgələrdə olduğundan, bunu edə bilmədik. Həm də fevralın 5-də Aleksey Spirini Bakıya dəvət etmişik. O, 3 gün mühazirə oxuyacaq. Yəni hakimlərin ikinci dövrəyə daha yaxşı hazırlaşması üçün hər cür şərait yaradılır.
- Özünüz də 3 il yarımdan sonra oyun idarə etdiniz.
- Açığı, oyundan əvvəl həyəcanlı idim. Düşünürdüm ki, fiziki cəhətdən çatdırmaram. Ancaq idarəçiliyim özümə də xoş gəldi. «Saturn»la «Zarya» qarşılaşırdı. Oyun yaxşı alındı. Hər iki komandanın nümayəndələri görüşdən sonra təşəkkürlərini bildirdilər.
- Ümumiyyətlə, yenidən Premyer Liqa oyunlarını idarə etməyi düşünürsünüzmü?
- Xeyr. Sadəcə, hakimlik üçün darıxmışdım. Elə meydançada adam qaçmaq istəyirdi. Həm də həmin gün daha 6 oyun keçirilirdi. Hakim çatışmadığından, baş hakim funksiyasını özüm yerinə yetirdim.
- Vüsal Əliyevi «Birlik kuboku»ndan sonra Antalyaya dəvət etmək olmazdımı?
- Onun turnirlə nə vaxt vidalaşacağını əvvəlcədən bilmirdik. Bilet və qalmaq üçün yeri isə əvvəlcədən sifariş vermək lazımdır. Çünki sonradan problem yarana bilər. Biz səfər günü Elman Musayevi Knyaz Əmiraslanovla əvəzlədik. Onun sənədlərində problem olduğundan, o, aeroportdan geri qayıtdı.
- Elman Musayev həm də FİFA laynsmanıdır. Sabah ona təyinat gəlsə və hansısa xarici ölkəyə getməli olsa, nə edəcəksiniz? Ümumiyyətlə, onun sənədindəki problem nəylə bağlıdır?
- Pasportunda problem var. Bu haqda fikirləşməliyik. Yəni bu onun şəxi problemidir.
- Deyilənə görə, Elmanın ölkə xaricinə çıxmasına hüquq-mühafizə orqanları icazə verməyib.
- Belə deyirlər. Ancaq biz sərhəd xidmətindən keçdiyimizə görə, problemin nədən ibarət olduğunu bilmədik. İndi onu araşdıracağıq.
- Elçin Məmmədovu tibbi arayışı vaxtında təqdim etməməsi ucbatından Antalyaya aparmadığınızı bildirmişdiniz. Amma o, ölkə mətbuatına müsahibəsində Bakıda təşkil edilən beynəlxalq futzal turnirə görə hazırlığa cəlb edilmədiyini deyib...
- O, biz Türkiyəyə gedən gün tibbi arayış gətirmişdi. Əgər arayışı vaxtında təqdim etsəydi və normativləri ödəsəydi, toplanışa aparılacaqdı. Yaxşı ki, aparmamışıq. Çünki burdakı turnir də vacib idi.
- Elçin həm də normativi yerinə yetirməyib?
- Bəli. Normativlərin yerinə yetirilməsi üçün fevralın 9-u sonuncu gündür.
- Bəs normativ ödəməyən hakimin beynəlxalq turnirə təyin edilməsi nə dərəcədə düzgündür?
- Futzalın normativləri ayrıdır. Orada qısa məsafələrə qaçışdır. Ancaq böyük futbolda da hakimlik etdiyinə görə, bütün ədalət təmsilçiləri kimi, o da normativi yerinə yetirməlidir. Məsələn, Vüsal Əliyev də zədəli olduğundan, normativi yerinə yetirməyib.
- Toplanışa cəlb edilməyən hakimlərlə bağlı nə kimi planlarınız var?
- Onları da biraraya gətirməyi və toplanış keçirməyi düşünürük. Hələ çempionatın başlamasına xeyli var. Spirin gəlib-gedəndən sonra bu məsələyə qayıdacağıq.
- Hazırlıq Bakıda olacaq?
- Yəqin ki, bəli.
- Hakimləri ikinci dövrəyə tam hazır saymaq olarmı?
- Bir neçə il əvvəl hakimlərimizi televiziya kanallarından birinə dəvət etmişdilər. Qabaqcıl hakimlərimiz o vaxt çempionata yüz faiz hazır olduqlarını demişdilər. Ancaq ikinci dövrəki idarəçilik tamamilə əksini göstərdi. İndi mən də bu gün hər şeyin əla olacağını desəm, yalan olar. Dünyada elə futbol federasiyası yoxdur ki, hakimlərin oyunları əla səviyyədə idarə etdiyi barədə iddia irəli sürsün. Hakim səhvi hər yerdə var. Əsas məqsədimiz son illərdə yaranmış boşluğu doldurmaq, hakimlərin oyunları obyektiv, qərəzsiz idarə etməsinə nail olmaqdır. Səhvlərə gəldikdə, bu həmişə olub, var və olacaq. Var gücümüzlə hazırlaşmışıq və ikinci dövrənin daha yaxşı keçməsi üçün əlimizdən gələni əsirgəmirik. Amma səhvlər birinci dövrədəkindən az olacaq.
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı
Lautaro Martines zədələndi
Haaland ÇL-də Messiyə məxsus 2 rekordu yenilədi
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
20 saniyəyə vurulan penaltinin biabırçı sonluğu - Video
“Sabah”ın futbolçusunun milliyə yolu açılırmı?
Bugünkü oyunları yayımlayacaq kanallar
A seriyası klubunda yeni baş məşqçi
Konfrans Liqasında Liqa mərhələsi başlayır
Mourinyo İspaniya Futbol Federasiyasını günahlandırdı
“Neftçi” klubu öz veteranlarına hörmət etmir” – Mircavadov
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular
ÇL oyunu öncəsi möhtəşəm mənzərə - Şimal şəfəqi
Çempionlar Liqası tarixində hələ bu qədər qol vurulmamışdı
"Qarabağ" - "Neftçi" matçı ona tapşırıldı
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Aston Villa" "Fənərbaxça"ya 6 qolu belə vurdu - Video
Avropa Liqasında 18 oyun
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
Riyad Mahrezin yeni klubu bilindi
“Sabah”ın qapıçısı Çempionlar Liqasında TOP-5-likdə
“Fənərbaxça” 0:6 hesablı məğlubiyyətə layiq deyildi” - Emeri
Arda Turanın Çempionlar Liqasında ilk zəfəri! - Video
“Sabah” 2-ci turu neçənci yerdə başa vurdu?
"Fənərbaxça" darmadağın oldu, PSJ və "Real"dan qələbə
Mbappe Messini geridə qoydu
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi