“Xəzər Lənkəran” “Alaniya”nın hücumçusunu geri qaytardı

“Xəzər Lənkəran” “Alaniya”nın hücumçusunu geri qaytardı
XƏBƏR 28 Avqust 2010 / 13:43 1993
-  A +

“Xəzər Lənkəran” baxışa çağırdığı osetin futbolçu Alan Alborovu geri qaytarıb. Qol.Az-ın məlumatına görə, Rusiya “Alaniya”sından gələn 20 yaşlı hücumçu baş məşqçi Mirça Rednik tərəfindən bəyənilməyib. Rumıniyalı mütəxəssis 2009-cu ilin avqustundan noyabrınadək Vladiqafqaz təmsilçisində çalışdığı vaxtdan tanıdığı Alborovun “Xəzər Lənkəran”a faydalı ola bilməyəcəyi qənaətinə gəlib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner