Litvada təşkil olunan ənənəvi “Palanqa” turnirində qrup mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, yarışda qüvvəsini sınayan 17 yaşadək futbolçulardan ibarət millimiz də oyununu keçirib. Adil Şükürovun komandası qrup lideri olan meydan sahibləri ilə üz-üzə gəliblər. Litvalıların 62-ci dəqiqədə vurduğu qol matçda yeganə olub və millimiz ikinci məğlubiyyətlə barışıb.
Qrupumuzda keçirilən digər matçda isə Belarus və Qazaxıstan futbolçuları qarşılaşıblar. Komandamızı 3:1 hesabı ilə məğlub edən belaruslular eyni hesabla udduğumuz Qazaxıstandan güclü olublar – 2:0.
A qrupu
1. Litva 3 2 1 0 4-2 7
2.
3. Azərbaycan 3 1 0 2 4-5 3
4. Qazaxıstan 3 0 1 2 2-6 1
B qrupu
1. Ukrayna 3 3 0 0 7-1 9
2. Gürcüstan 3 2 0 1 9-4 6
3.
4. Latviya 3 0 0 3 3-8 0
Beləliklə, sabah keçiriləcək final mərhələsində qruplarda müvafiq yerləri tutan yığmalar bir-biri ilə görüşəcək. Millimiz 5-ci yer uğrunda oyunda Moldova ilə üz-üzə gələcək. 7-ci yer uğrunda Qazaxıstanla Latviya, 3-cü yer uğrunda Belarusla Gürcüstan, yarışın qalibi adını qazanmaq üçün isə Litvayla Ukrayna mübarizə aparacaq.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı