Sabah Unibank Premyer Liqasında artıq 4-cü tura start veriləcəyi halda, hələ də bəzi klubların teleyayımla bağlı məsələləri yoluna qoymaması diqqət çəkən məqamlardandır. AFFA və PFL rəhbərliyinin teleyayım hüququnu cari mövsümdən etibarən klublara verməsinə baxmayaraq, hazırda məhz bu üzdən ciddi narahatlıq doğuran çatışmazlıqlar yaranmağa başlayıb.
Məsələ burasındadır ki, bəzi aparıcı klublarımız hələ də teleyayım problemini yoluna qoymayıb və futbol azarkeşlərimiz həmin komandaların oyunlarını canlı izləmək fürsəti qazana bilmir. Bu mənada, daha çox diqqətçəkən klub isə şübhəsiz ki, “İnter”dir. Təsəvvür edin ki, son ölkə çempionu sabah artıq 4-cü turun oyunları çərçivəsində ikinci ev matçına çıxacaq. Amma klub rəhbərliyi hələ də hansısa telekanalla razılığa gəlib, öz oyunlarını azarkeşlərə nümayiş etdirməyin qayğısına qalmır. Sabahkı qarşılaşmanın “Neftçi” kimi aparıcı klublardan birinə qarşı keçiriləcəyini, turun mərkəzi oyunu sayıldığını nəzərə alsaq, vəziyyətin nə yerdə olduğunu, azarkeşlərin belə bir matçı canlı izləmək həvəsinin nə dərəcədə böyük olduğunu başa düşmək elə də çətin olmaz. Amma deyəsən “bankirlər”in bolqar başbilənlərinin başı qaz vurub, qazan doldurmaqdan elə qarışıb ki, sadə Azərbaycan futbolsevərlərinin maraqları heç yadlarına da düşmür. Məgər, paytaxt klubu “Qəbələ”, “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi”, “Qarabağ” kimi klublardan belə artıqdır ki, öz ev oyunlarını hansısa telekanalımıza verməkdə maraqlı deyil? Ya pulu, imkanı ev oyunlarını yayımlayan “Muğan”ınkından azdır?
Başa düşürük ki, hazırda telekanallarımız klublardan oyunlarının yayım hüququnu almaqda elə də maraqlı deyil və buna elə də ciddi cəhd göstərmirlər. Yəni burda müəyyən mənada Azərbaycan reallıqlarının olduğunu başa düşürük. Amma həmin telekanallara da bu şərati siz yaratmısınız ki, indi ev oyunlarınızı onlara satmaqda çətinliklərlə üzləşirsiniz. Lakin o qədər mənasız legionerlərə pul xərclədiyiniz kimi, yaxşı olardı ki, sadə Azərbaycan futbolsevərlərinin də maraqlarını nəzərə alıb, hansısa kanalla əməkdaşlığa start verəsiniz. Bəlkə onda boş tribunalar qarşısında oynadığınız matçlara da bir-iki əlavə azarkeş gətirmək imkanı qazandınız.
Pərviz ELTÜRK
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı