“Düşündüyümüz kimi ağır oyun oldu. Hər iki komanda meydançaya yalnız qələbə qazanmaq üçün çıxmışdı. Amma təbii ki, biz bunu onlardan daha çox istəyirdik. Çünki komandamızın üzvləri ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaq üçün alışıb-yanırdı. Futbolçularımızın hər biri çox yaxşı oyun göstərdilər. İmkanlarımız da oldu, amma istifadə edə bilmədik. Rəqib komanda isə şansından maksimum yararlanıb son saniyədə qələbə topunu vura bildi”. Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov söyləyib.
Dünən Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Borussiya” oyunu barəsində fikirlərini bölüşən Ağdam klubunun zədəli yarımmüdafiəçisi artıq bu məğlubiyyəti unudub, ölkə çempionatı barədə fikirləşməyi məsləhət görür. “Bu futboldur. Udarsan da, uduzarsan da. Artıq o oyunu unudub çempionat oyunlarını fikirləşmək lazımdır. Yəqin ki, bizim ki də bura qədər imiş. Hamımız qrup mərhələsinə düşməyi çox arzulasaq da, alınmadı”.
Zədəsi barədə də danışan futbolçu, artıq hər şeyin yaxşılğa doğru getdiyini bildirib: “Allaha çox sükürlər olsun ki, zədəm artıq düzəlməyə doğru gedir. Sentyabrın 6-da Türkiyəyə müayinəyə gedəcəyəm. Ondan sonra görək həkimlər nə məsləhət görür. Onlara da əməl edəcəm. Tezliklə sağalıb, yaşıl meydanlara dönmək, futbol oynamaq, komandama kömək etmək istəyirəm”.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu