Rumıniya mətbuatının "Xəzər Lənkəran"a gələcəyini yazdığı rumın futbolçu Vlad Bujor Türkiyə klubunda çıxış edəcək. Qol.Az-ın məlumatına görə, 21 yaşlı hücumçu Bank Asya birinci liqasında çıxış edən "Mersin İdman Yurdu" ilə prinsipial anlaşma əldə edib. Klubun rəsmi saytının məlumatına görə, onunla müqavilə imzalanacaq. Qeyd edək ki, "Mersin İdman Yurdu"nda hazırda iki futbolçumuz çıxış edir. Bunlardan biri yığmamızın sabiq müdafiəçisi Ernani Pereyra, digəri millinin keçmiş yarımmüdafiəçisi İlqar Qurbanovdur.
Yeri gəlmişkən onu da qeyd edək ki, "Mersin İdman Yurdu" bir əcnəbi futbolçusu ilə yolarını ayırıb. Baş məşqçi Yüksel Yeşilovanın təlimatı ilə braziliyalı forvard Rafael Paraiba vətəninə yola salınıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı