Avropa Liqasındakı mübarizəsini dayandıran sonuncu təmsilçimiz “Qarabağ” 3 günlük istirahətə buraxılıb. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, dünən Avropa Liqasının pley-off mərhələsində “Borussiya” ilə qarşılaşan komandamız turnirlə vidalaşdı. İyulun 1-dən avrokuboklarda çıxış edən komandamızın sıx qrafikini nəzərə alan komandamızın çalışdırıcısı Qurban Qurbanov futbolçulara istirahət etmək imkanı yaradıb. Belədə “Qarabağ” avqustun 30-da yenidən yığışacaq. Amma heç də tam heyətlə yox. Çünki “Qarabağ”ın 7 üzvü Azərbaycan millisinin heyətinə yollanacaq. Ansi Aqolli və Admir Teli Albaniya, Andrey Rubins isə Latviya millisinin düşərgəsinə qoşulacaq. Əfran İsmayılovun zədəli olduğunu nəzərə alsaq Ağdam klubunun ilk məşqinə 10-12 nəfər futbolçunun qatılacağı gözlənilir.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı