Subotiç “Qarabağ”la oyunda hava şəraitindən şikayətləndi

Subotiç “Qarabağ”la oyunda hava şəraitindən şikayətləndi
XƏBƏR 27 Avqust 2010 / 14:08 1787
-  A +

“İstidən ağzımın suyu da quruyurdu. 5 dəqiqədən bir su içirdim”. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya “Borussiya”sının serbiyalı futbolçusu Neven Subotiç deyib.
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində dünən keçirilən “Qarabağ”la oyun haqda danışarkən, müdafiəçi daha çox istidən şikayətlənib: “Oyun ərzində hava şəraiti çox ağır idi. Bu, sağlamlıq üçün təhlükəli olsa da, biz qaçırdıq və ancaq qələbəni fikirləşirdik. Qrup mərhələsinə yüksəldiyimiz üçün çox şadıq”.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner