Bu həftəsonu Unibank Premyer Liqasında 4-cü turun oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, “Xəzər Lənkəran” avqustun 29-da AZAL-ın qonağı olacaq. Bu meydan sahiblərinin yeni adı altında lənkəranlılarla ilk oyunudur. Əvvəl “Olimpik” və “Olimpik-Şüvəlan” adları ilə Premyer Liqada çıxış edən “təyyarəçilər”lə çempionatda 10 dəfə üz-üzə gələn cənublular aşkar üstünlüyə malikdir.
Lənkəran klubunun rəsmi saytının məlumatına görə, paytaxt təmsilçisini 4 il qələbəyə həsrət qoyan “ağ-yaşıllar” yalnız ötən il ilk dəfə bakılılara məğlub oldu. Bu yeganə uğursuzluğun qarşılığında “Xəzər Lənkəran” 6 dəfə meydandan 3 xalla ayrılıb. Bu dəfə isə lənkəranlılar Bakıya 7-ci qələbə dalınca yollanıb.
Komandaların oyunları ilə bağlı maraqlı bir ənənə müşahidə olunur. Nə qədər maraqlı olsa da artıq 6-cı mövsümdür ki, birinci dövrədəki oyun Bakıda keçirilir. İkinci dövrədə isə AZAL cənubluların qonağı olur. Paytaxtdakı qarşılaşmalarla bağlı o da maraqlıdır ki, komandalardan heç biri birdən artıq top fərqilə qalib gəlmir: ya heç-heçə olur, ya da minimal fərqli qələbə qeydə alınır.
Bu dəfəki kimi avqust ayına təsadüf edən yeganə qarşılaşma isə 5 il əvvəl baş tutub. Həmin – komandalar arasındakı ilk görüşdə cənublular iki cavabsız qolla meydan sahiblərini məğlub ediblər.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu