4-cü turun iki oyunu canlı yayımlanacaq

4-cü turun iki oyunu canlı yayımlanacaq
XƏBƏR 27 Avqust 2010 / 12:03 2396
-  A +

Unibank Premyer Liqasının 4-cü turunun iki oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Qol.Az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, ilk oyun gününün “Muğan” – “Gəncə” qarşılaşması dövlət televiziyası, bazar gününün “Qəbələ” – MOİK dueli isə “Lider” kanalı vasitəsilə ekranlara gətiriləcək. Lakin turun əsas maraq doğuran oyunlarından AZAL - “Xəzər Lənkəran”, eləcə də “İnter” – “Neftçi” görüşü canlı yayımlanmayacaq.

28 avqust (şənbə)

"Muğan" - "Gəncə"
Hakimlər: Rauf Cabbarov, Habil Əliyev, Aydın Ələkbərov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor:  Əmir Zamanov
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:15 (canlı, AzTV)

29 avqust (bazar)

"Qəbələ" - MOİK
Hakimlər: Əfqan Həmzəyev, Azər Əsgərov, Elşən Durmuşov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rüfət Hüseynov
Qəbələ şəhər stadionu. Saat 18:00 (canlı, "Lider")


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...