Kosta-Rika millisinin yeni baş məşqçisinin adı məlum olub. Qol.Az-ın məlumatına görə, mərkəzi amerikalıları bundan sonra meksikalı mütəxəssis Rikardo Volpe çalışdıracaq. 58 yaşlı mütəxəssis 2006-cı ildə keçirilən dünya çempionatının final mərhələsinin iştirakçısıdır. Həmin vaxt Meksika yığmasına rəhbərlik edən Volpenin yetirmələri 1/8 finala qədər irəliləmişdilər. Bundan başqa, Argentinanın “Boka Xuniors” klubunu, həmçinin bir sıra Meksika komandalarını çalışdıran mütəxəssisin təyinatı ölkəmizdə çıxış edən oyunçulardan biri üçün də xüsusi önəm daşıyır. Məsələ burasındadır ki, “Xəzər Lənkəran”ın bir müddət öncə transfer etdiyi futbolçulardan olan Uinston Parks da Kosta-Rika yığmasının üzvüdür. Lakin Volpenin təyinatının onun milliyə çağırılmasında nə dərəcədə müsbət və ya mənfi rol oynayacağını zaman göstərəcək.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır