“Komandada vəziyyət yaxşıdır. Yoldaşlarımı çoxdan tanıdığım, kollektivdə yerlilərim olduğu üçün komandaya uyğunlaşmaqla bağlı heç bir problemlə üzləşmədim”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”in futbolçusu Valeri Abramidze klubun azarkeş saytına açıqlamasında deyib.
Təcrübəli futbolçu öncə “Xəzər Lənkəran”la son oyun barədə fikirlərini bildirib: “Komandamızın heyətində itkilər olduğu üçün oyunu müdafiədən qurmuşduq. Rəqib komanda cəmi bir real qol vəziyyəti yaratdı, onda da qapıçımız Georgi Lomaya müdafiəçilərin səhvini sığortalayıb topun qapı xəttindən keçməsinə imkan vermədi. Qalan vaxt ərzində biz öz oyunumuzu oynayıb rəqibə heç bir şans vermədik”.
Abramidze Lənkəranda qol vura bilməmələrini heyətdəki itkilərlə izah edib: “Qeyd etdim ki, komandamızın heyətində itkilər var idi. Buna görə də hücuma keçən zaman müdafiə haqqında düşünürdük. Mənə elə gəlir ki, bu səbəbə görə rəqib qapısına yol tapa bilmədik”.
“İnter”in futbolçusu “Xəzər Lənkəran”ın yeni transferi Dieqo Ruizi tərifləyib: “Xəzər Lənkaran”a yeni transfer olunan oyunçulardan Dieqo Ruizin oyunu diqqətimi cəlb etdi. Fiziki göstəricilərinə görə çox güclü olan futbolçu oyunboyu bizə pressinq tətbiq edirdi. Ümumiyyətcə Ruizə qarşı oynamaq ağır idi”.
Gürcü futbolçu “Neftçi” ilə həftəsonu baş tutacaq oyunla bağlı da danışıb: “İnter”lə “Neftçi” arasında keçirilən oyunlar daim gərginliyi ilə seçilib. Hətta deyərdim ki, bu qarşılaşmanı derbi də adlandırmaq olar. Hansı komandaya qarşı oynamağamızdan asılı olmayaraq hər qarşılaşmaya yüksək əhval-ruhiyyə ilə çıxmalıyıq. Baş məşqçi bu oyunda mənə şans versə, meydanda komandamın qələbə qazanması üçün əlimdən gələni edəcəyəm. Bu oyuna xüsusi bir hazırlıq keçmirik. Həmişəki kimi həftəlik plan üzrə, bütün oyunlara necə bu oyuna da elə hazırlaşırıq”.
Gürcüstan yığmasına Rusiya çempionatının birinci divizionunda top qovan futbolçular çağırılsa da, Azərbaycan Premyer Liqasından oyunçular milliyə dəvət almır. Yığmanın baş məşqçisi bir müddət əvvəl bəyan edib ki, Azərbaycanda top qovan gürcüləri milli komandanın sıralarına dəvət etməyəcək. Abramidze gürcü mütəxəssisin həmin qərarına etirazını dilə gətirib: “Azərbaycan klublarında oynamayan futbolçular elə düşünürlər ki, buranın çempionatı aşağı səviyyədədir. Vətənimdən bura gələn futbolçular bir-iki oyuna çıxandan sonra əmin olurlar ki, Azərbaycanda futbol düşündükləri kimi zəif deyil. Gürcüstandan bura gələn dostlarım Premyer Liqanın bəzi oyunlarına baxdıqdan sonra mənə bildirdilər ki, səviyyəcə Azərbaycan çempionatı Gürcüstan çempionatını üstələyir. Gürcüstan milli komandasının baş məşqçisinin fikirlərinə gəldikdə isə o, bu sözlərlə milli komandada oynamağa layiq olan bir neçə futbolçunun xidmətindəm məhrum oldu. Milli baş məşqçinin deyil, xalqın komandasıdır və bu komandada ən güclü futbolçular iştrak etməlidirlər. Bu qərarı milli komandanın baş məşqçisi qəbul edib və biz ona hörmətlə yanaşmalıyıq”.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu