Transfer çalışmalarını hələ də yekunlaşdırmayan “Xəzər Lənkəran” baxışa yeni futbolçu dəvət edib. Qol.Az-ın məlumatına görə, lənkəranlılar 20 yaşlı hücumçu Alan Alborovu sınaqdan keçirirlər. Futbolçunun sonuncu komandası Rusiya “Alaniya”sı olub. O, 2009-cu ildə həmin komandanın heyətində “Xəzər Lənkəran”ın hazırkı baş məşqçisi Mirça Rednikin rəhbərliyi altında top qovub. Rumıniyalı mütəxəssis daha bir hücumçu almaq istədiyindən məhz tanıdığı rusiyalı futbolçunu sınaqdan keçirmək qərarına gəlib. Alarovun taleyinə yaxın günlərdə aydınlıq gələcəyi gözlənilir.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?