Azərbaycan Premyer Liqasının 4-cü turunda keçiriləcək oyunların başlanma saatları məlum olub. Qol.Az-ın “Neftçi”nin rəsmi saytına istinadən məlumatına görə, avqustun 28-də "Şəfa" stadionunda baş tutacaq "İnter" – "Neftçi" oyunu saat 20:00-da start götürəcək. Bu komandaların əvəzedici heyətləri arasında bir gün əvvəl keçiriləcək oyun Zabrat qəsəbə stadionunda baş tutacaq və saat 17:30-da başlayacaq.
Paytaxt derbisi ilə yanaşı, digər liderlərin – AZAL ilə “Xəzər Lənkəran”ın da oyununun başlama vaxtı məlumdur. Bu oyun avqustun 29-u saat 20:00-da Şəfa stadionunda baş tutacaq. Komandaların əvəzedici heyətləri isə bir gün əvvəl, avqustun 28-i həmin stadionun dördüncü meydanında saat 17:30-da görüşəcəklər.
Xatırladaq ki, “Xəzər Lənkəran” və AZAL-ın, həmçinin “İnter” və “Neftçi” komandalarının əsas heyətləri hərəsi üç oyuna 7 xal toplayıblar.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?