Yeni yaradılan Sumqayıtın eyniadlı komandası darmadağınla başladı

XƏBƏR 25 Avqust 2010 / 16:34 1823
-  A +

Yeni yaradılan “Sumqayıt” klubu ilk yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Sumqayıtın eyniadlı təmsilçisi “Neftçi”nin nəzdindəki U-19 komandası ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutan oyunda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. Baş məşqçi Baba Əsgərov bu oyunda sərəncamında olan bütün futbolçuları sınayıb.
Qeyd edək ki, “Sumqayıt” bu gün ikinci oyununu keçirəcək. Bu dəfəki rəqib U-19 yığması olacaq. Oyun saat 18.00-da başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner