AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığması itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv yığmamızla qarşılaşmada Arne Fridrixin xidmətindən yararlana bilməyəcək. Buna 31 yaşlı müdafiəçinin onurğa sütunundan zədələnməsi səbəb olub. Fridrixin şərəfini qoruduğu “Volfsburq” klubu oyunçusunun əməliyyatının qaçılmaz olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, Arne yığmanın sentyabr və oktyabrda baş tutacaq görüşlərini buraxmaq məcburiyyətindədir. Sentyabrın 3-də Belçika, 4 gün sonra isə Azərbaycan millisi ilə görüşəcək Almaniya yığması oktyabrda Türkiyə və Qazaxıstan ilə də üz-üzə gələcək.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?