“Beşiktaş” və “Fənərbaxça”nın transfer siyahısında olduğu iddia edilən braziliyalı ulduz Robinyodan Türkiyə nəhəngləri üçün heç də yaxşı olmayan xəbər gəlib. Qol.Az-ın məlumatına görə, “Mançester Siti”nin oyunçusu hər iki klubdan transfer təklifi aldığını təsdiqləsə də, Türkiyədə futbol oynamağa elə də müsbət yanaşmır. Karyerasını icarə əsasında Braziliyada davam etdirən 26 yaşlı oyunçu hətta İngiltərəyə də dönmək istəmir: “Beşiktaş” və “Fənərbaxça”ya hörmətim var. Türk futboluna da həmçinin. Amma karyerama İspaniya ya da İtaliyada davam etmək istəyirəm. Hazırda bir komandayla danışıqlarımız davam edir. Çox güman ki, ya İtaliya, ya da İspaniya klublarından birinə keçəcəm”.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?