“Yaxşı komanda ilə yaxşı oyun olacaq. Fikirləşirəm ki, azarkeşləri maraqlı oyun gözləyir”. Qol.Az-ın məlumatına görə, bu sözləri həftəsonu baş tutacaq “İnter” – “Neftçi” oyunu ilə bağlı fikirlərini bölüşən “bankirlər”in qapıçısı Georgi Lomaya deyib.
Gürcü qolkiper paytaxt klubunun rəsmi internet saytına müsahibəsində oyunla bağlı proqnoz vermək istəməyib: “Proqnoz verməyi xoşlamıram. Biz meydana qalib gəlmək üçün çıxacağıq. Onlar da yəqin bu məqsədlə matça hazırlaşırlar”.
Unibank Premyer Liqasının ilk üç turunda qapısının toxunulmazlığını qoruyan iki qapıçıdan biri olan Lomaya ənənəni bu dəfə də davam edirdirmək niyyətindədir: “Bu, təkcə mənim yox, həmçinin müdafiəçilərin və ümumyyyətlə, bütün komandanın xidmətidir. Çalışacağıq elə edək ki, bu xoş ənənəni davam etdirək”.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?