Millimiz bu gün Belarusla münasibətlərinə aydınlıq gətirəcək

Millimiz bu gün Belarusla münasibətlərinə aydınlıq gətirəcək
XƏBƏR 25 Avqust 2010 / 12:21 2022
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Litvada təşkil olunmuş ənənəvi «Palanqa turniri»ndə ikinci oyununu bu gün keçirəcək. Qol.Az-ın məlumatına görə, Komandamız Belarus yığması ilə qarşılaşacaq. Adil Şükürovun yetirmələri bu rəqibi ilə münasibətlərinə Bakı vaxtı ilə saat 14:00-da Kretinqa stadionunda aydınlıq gətirəcək.
Qeyd edək ki, yığmamız avqustun 24-də bu turnir çərçivəsində keçirdiyi ilk oyunda qazaxıstanlı həmyaşıdlarını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

14:00. Belarus – Azərbaycan
25 avqust. Kretinqa. Şəhər stadionu.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner