Çempionlar Liqasının sonuncu təsnifat - pley-off mərhələsinin cavab oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, artıq qitənin ən nüfuzlu turnirinin qrup mərhələsinə vəsiqə qazanan 5 xoşbəxt komandanın adı məlumdur. Baş tutan qarşılaşmalarda gözlənilməz nəticələr qeydə alınıb. Serbiya “Partizan”ı “Anderlext”i penaltilər bahasına da olsa, mübarizədən kənarlaşdırıb. İsrail təmsilçisi “Hapoel”in “Austriya”nı, “Braqa”nın isə “Sevilya”nı Avropa Liqasına göndərməsi də günün sensasiyaları sırasındadır.
Çempionlar Liqası (pley-off mərhələsi, cavab oyunları)
“Anderlext” (Belçika) – “Partizan” (Serbiya) – 2:2, pen. 2:3 (ilk oyun – 2:2)
“Şerif” (Moldova) – “Bazel” (İsveçrə) – 0:3 (0:1)
“Hapoel” (Təl-Əviv, İsrail) – “Austriya” (Zalsburq, Avstriya) – 1:1 (3:2)
“Sampdoriya” (İtaliya) – “Verder” (Almaniya) – 3:2 əlavə vaxtda (1:3)
“Sevilya” (İspaniya) – “Braqa” (Portuqaliya) – 3:4 (0:1)
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinə bu gün keçiriləcək növbəti 5 oyunla yekun vurulacaq.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?