Ukrayna mətbuatı: “Rüstəm Novruzovun “Arsenal”da qalıb-qalmayacağına həftəsonuna kimi aydınlıq gələcək”

XƏBƏR 30 Yanvar 2009 / 12:36 2412
-  A +

Bir müddətdir Kiyevin “Arsenal” klubunda baxışda olan həmyerlimiz Rüstəm Novruzovun taleyinə bu həftə aydınlıq gələcək. Qol.AZ-ın məlumatına görə, bu xəbəri Ukrayna mətbuatı yayıb: “Azərbaycanın gənclər millisinin futbolçusu Rüstəm Novruzov “Arsenal”la müqavilə bağlamağa yaxın görünür. Onun hazırlığı baş məşqçi Aleksandr Zavarovu da qane edir. Bununla belə Novruzovu hələ konkret olaraq Kiyev klubunun futbolçusu kimi qələmə vermək olmaz. Rüstəmin “Arsenal”da qalıb-qalmayacağına həftəsonuna kimi aydınlıq gələcək”.

Daha çox


Son xəbərlər