“Mən AFFA tərəfindən verilən cəzanı qətiyyən ədalətli hesab etmirəm. Onlar baş verənləri lazımı şəkildə araşdırmadan, çox ədalətsiz qərarlar çıxarıblar”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Xəzər Lənkəran”ın icraçı direktoru Höccət Hacıyev söyləyib.
Bu gün AFFA İntizam Komitəsinin iclasında Unibank Premyer Liqasının 3-cü turunun oyunlarında baş verən olaylara hüquqi qiymət verən AFFA Hacıyevlə bağlı kəskin qərarlar çıxarıb. Qərarda bildirilir ki, Hacıyev oyun başlamazdan əvvəl, həmçinin fasilə zamanı dəfələrlə matçın hakimlərinə etirazını bildirmişdir. Oyun başa çatdıqdan sonra isə o, hakimlər otağına daxil olaraq hakimlərin ünvanına nalayiq ifadələr işlətmiş və onlara hədə-qorxu gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Höccət Hacıyev 10 oyunluq cəzalanıb, klubu 9000 manat cərimə olunub. Hacıyevin cəza müddəti bitənədək oyun zamanı oyunçuların paltardəyişmə otağına, oyun keçirilən meydana və ona bitişik ərazilərə daxil olması qadağandır. Lakin “Xəzər Lənkəran” rəsmisi hakimlərin baş verənləri qəsdən şişirtdiyini və özünə qarşı böyük haqsızlıq edildiyini deyir: “Mən hakimlərin otağına oyundan çox-çox sonra, özüm haqqında protokolda nəsə yazıldığını eşidəndən sonra yollandım. Orda yazıblar ki, guya mən oyundan öncə də, fasilədə də onlara yaxınlaşıb, təhqir etmişəm, təzyiq göstərmişəm. Amma bu, belə deyil. Sadəcə oyundan əvvəl Fariz Yusifova yaxınlaşıb, hələ ötən mövsüm Bakıda keçirilən “İnter”lə səfər oyunumuzda qapımıza təyin etdiyi penaltini xatırlatdım. Həmin penaltiyə gərək olmadığı halda təyin etmişdi. Məhz buna görə bildirdim ki, yenə səni niyə bizim oyuna təyin ediblər? Yenə eyni oyunları açmaq istəyirsən başımıza? Guya mənim bu sözlərim də onun xətrinə dəyib. Elə bil böyük adam zaddır. O da həmin sözlərimi buna təzyiq göstərmək kimi qələmə verib və oyunun protokoluna ağzına gələni yazıb. Oyun başa çatandan təxminən saat yarım sonra bu haqda xəbər tutdum. Gedib ondan soruşmaq istədim ki, niyə haqqımda olmayan şeyləri də götürüb yazıb? Apelyasiya şikayəti verib-verməyəcəyimi bilmirəm. Amma bir şeyi bilirəm ki, çox qərəzli cəzalar çıxarılıb. Belə dərəbəylik olmaz”.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə