Avqustun 23-də axşam saatlarında Təbrizin “Səhənd” stadionunda “Tiraxtur” ilə “Mələvan Ənzəli” futbol komandaları arasında keçirilən görüşdə azərbaycanlı azarkeşlərlə hökumət qüvvələri arasında qarşıdurma yaranıb. Matç 2:0 hesabı ilə “Tiraxtur” komandasının xeyrinə başa çatıb. “Tiraxtur” Təbrizin, “Mələvan Ənzəli” isə Ənzəli şəhərinin klubudur.
“Media forum” saytının məlumatına görə, “Tiraxtur” komandasına stadionda azarkeşlik etmək üçün Təbriz şəhərinə Güney Azərbaycanın başqa yerlərindən də minlərlə adam gəlibmiş. Ancaq stadion ətrafındakı küçələri əvvəlcədən nəzarətə götürən hüquq mühafizə orqanlarının qüvvələri onların qarşısını kəsib. Hüquq mühafizə orqanlarının rəsmiləri stadionda yerin olmadığını bildirərək azarkeşlərə oyunu evdən televiziya ilə izləməyi məsləhət görüblər. Halbuki stadionda boş yer az olmayıb – bunu oyundan yayılan fotoşəkillər də təsdiqləyir. Bununla belə, hökumət qüvvələri azarkeşlərin heç də hamısını stadiona buraxmayıb, xüsusilə də Güney Azərbaycanın başqa şəhərlərindən gəlmiş azarkeşləri.
Hüquq mühafizə orqanlarının əməkdaşları həmçinin uzaq məsafədən, stadion ətrafındakı təpələrdən matçı izləyən xanımları dağıtmağa çalışıblar (İranda xanımlar stadiona buraxılmır). Nəticədə hökumət qüvvələri ilə azərbaycanlı azarkeşlər arasında qarşıdurma yaranıb.
Qarşıdurmalar zamanı azərbaycanlı azarkeşlər “İran (futbol) federasiyası, Azərbaycan düşməni”, “Azərbaycan var olsun, istəməyən xar olsun”, “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Azərbaycan yurdumuz, “Tiraxtur” Boz Qurdumuz” kimi şüarlar səsləndiriblər.
İnsident zamanı bir neçə azarkeş yaralanıb, onlarla adam tutularaq bilinməz istiqamətə aparılıb.
Ən ciddi qarşıdurmalar Təbrizin Bağmeşə məntəqəsində olub.
“Səhənd” stadionu 80 min nəfər azarkeş tutur.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu