Fərzad Hatəmi yenidən «Qəbələ»də

XƏBƏR 30 Yanvar 2009 / 11:25 2980
-  A +

Əslən Cənubi Azərbaycandan olan hücumçu Fərzad Hatəmi yenidən «Qəbələ» klubuna qayıdıb. Qol.Az-ın məlumatına görə, «Qəbələ»nin dünən Antalyada Polşa «Arka»sı ilə keçirdiyi oyunda Hatəmi əsas heyətdə meydana çıxıb.
Xatırladaq ki, Fərzad milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts tərəfindən dəvət almışdı. Ancaq hücumçu millimizdə oynamaq təklifini qəbul etməyərək, bunu İranda ailəsinə olan mümkün təzyiqlərlə əsaslandırmışdı. Sonra isə Hatəmi vətəninə qayıtmışdı.

Daha çox


Son xəbərlər