UEFA rəsmiləri Bakıda səfərdədir

UEFA rəsmiləri Bakıda səfərdədir
XƏBƏR 24 Avqust 2010 / 15:29 1975
-  A +

UEFA-nın Het-trik proqramı üzrə meneceri Jozef Kliment və stadionların ot örtüyü üzrə mütəxəssis Markus Keller Bakıda səfərdədir. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bir günlük səfər proqramına AFFA-nın və UEFA-nın maliyyə yardımı ilə Mərdəkan qəsəbəsindəki «Dalğa» istirahət kompleksinin ərazisində və Bayıl qəsəbəsində inşa olunan stadionlarla tanışlıq, infrastrukturun inkişafı ilə bağlı məsələlər barədə müzakirələr və təcrübə mübadiləsinin aparılması daxildir. Baş katib Elxan Məmmədovla keçirilən görüşdə bu barədə ətraflı fikir mübadiləsi aparan qonaqlar stadionların inşası ilə bağlı görülən işlərdən razı qaldıqlarını bildiriblər.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı