Sofiya ÇSKA-sının yeni baş məşqçisi Qure Yovanovski AZAL-ın oyunçusu Robert Petrovu komandasında görmək istəyir. Qol.Az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, baş məşqçi rəhbərlikdən 32 yaşlı həmvətəninin komandaya gətirilməsini istəyib.
"Lakin MOİK rəhbərliyi Petrovu geri qaytarmaq üçün AZAL-la danışıqlar aparmalı və razılıq almalıdır. Çünki futbolçunun azərilərlə müqaviləsi var", deyə Bolqarıstanın gol.bg saytı yazır.
Qeyd edək ki, Robert Petrov 2006-2008-ci illəri Sofiya ÇSKA-sında çıxış edib. Bu müddətdə o, 26 oyuna çıxıb və 1 dəfə fərqlənib.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?