Türkiyə Superliqasının 2-ci turuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, dünən gecə "Kasımpaşa" evdə debütant "Bucaspor"la heç-heçə oynayıb. "Qalatsaray" və "Beşiktaş"ın ardından "Fənərbaxça" da həftəni məğlubiyyətlə başa vurub. "Trabzonspor"un qonağı olan "sarı-lacivərdlilər" qarşılaşamanın ilk 16 dəqiqəsində şoka düşüb. Belə ki, hesab 14-cü dəqiqədə açılıb. Selcukun 30 metrdən cərimə zərbəsinə başla toxunan Mehmet Topuz avtoqola imza atıb. İki dəqiqə sonra İbrahim Yattara fərqi iki topa çatdırıb. 28-ci dəqiqədə Dieqo Luqano fərqi azaltsa da, bir dəqiqə sonra Arkadius Qlovaçkinin baş zərbəsi Mərt üçün qarşısıalınmaz olub. 42-ci dəqiqədə Mehmet Topuz fərqi yenidən minimuma endirib. İkinci yarıda hər iki komandanın qol vurmaq imkanı olsa da, hesab dəyişməyib. Hətta 69-cu dəqiqədə "Trabzonspor" penalti zərbəsindən yararlana bilməyib. Kolmanın zərbəsini qapıçı Mərt dəf edib.
Türkiyə Superliqası
2-ci tur
“Kasımpaşa” – “Bucaspor” – 0:0
“Trabzonspor” – “Fənərbaxça” – 3:2
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?