“Qarabağ” “Bakı” ilə oyunun təxirə salınmasını istəyir

“Qarabağ” “Bakı” ilə oyunun təxirə salınmasını istəyir
XƏBƏR 24 Avqust 2010 / 12:43 2016
-  A +

“Qarabağ” Unibank Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Bakı” ilə ev oyununun təxirə salınmasını istəyir. Bu haqda Qol.Az-a Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov məlumat verib. Avqustun 26-da Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Almaniya “Borussiya”sı ilə qarşılaşacaq təmsilçimizin çalışdırıcısı komanda üzvlərinin yorğunluğu səbəbindən belə addım atmağa hazırlaşdıqlarını bildirib.
Qeyd edək ki, “Qarabağ” – “Bakı” görüşü avqustun 29-da keçiriləcək. Ağdam klubunun məhz avrokuboklardakı çıxışı səbəbindən 2-ci turun “Gəncə” ilə ev oyunu da qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...