“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
- «Borrusiya» ilə ilk oyun barəsində nə düşünürsünüz?
- İlk oyun barədə düşünüləsi bir şey yoxdur. Bunu sadəcə təhlil edirik. Əlbəttə, biz də istəməzdik ki, belə hesablı məğlubiyyət olsun. Demək olar ilk hissədə oyunun taleyi həll olundu. Oyuna başlayanda istədiyimiz kimi başladıq. Hətta ilk qoldan sonra oyunu tarazlaya bildik. Birinci qoldan əvvəl bizim də iki qol imkanımız oldu - rəqibi əks hücumda yaxaladıq. Ancaq bu şansdan istifadə edə bilmədik. İkinci səhvdən sonra oyunçular artıq ruhdan düşdü və düşündüyümüz oyunu ilk hissənin sonuna kimi göstərə bilmədik. İkinci hissədə isə bəzi dəyişikliklər etdik. Həm yarımmüdafiəni gücləndirdik, həm də Vüqar Nadirovu buraxdıq ki, daha sürətli oyunçumuz olsun. Rəqib də 4:0 dan sonra hücuma keçmədi və müdafiə olunmağa başladı. Düşünürəm ki, 4:0 - oyuna görə layiqli hesab idi.
- Sizcə, bu məğlubiyyətdə kimi günahlandırmaq olar?
- Əlbəttə ki, biz burda tək-tək heç kimi günahlandırmırıq. Bir futbolçu səhv edəndə digəri onu sığortalamalıdır. Belə hallara futbolda tez-tez rast gəlmək olur. Biz də istəməzdik bu cür hesabla vətənə qayıdaq. Amma nəzərə alaq ki, Bundesliqa bizim çempionatdan qat-qat üstündür və Almaniya futbolu ən öndə olanlardan biridir. Biz sadəcə bu oyunu təhlil edib cavab qarşılaşmasına hazırlaşmalıyıq ki, azarkeşlər ən azından oyundan razı qalsınlar.
- Bakıda sensasiya gözləmək olar?
- Buna bir az real baxmaq lazımdır. Əlbəttə, çətin məsələdir. Amma çalışacağıq azarkeşləri sevindirək.
- Deyəsən, komandanın müdafiə xəttində xeyli zəif nöqtələr var...
- Xeyr, mən buna zəiflik deməzdim. Biz müdafiə olunanda tam komanda ilə müdafiə olunuruq. Qapıçıya qaldıqda isə, kiper hər zaman səhv edə bilər.
- Bəs transfer pəncərəsi bağlanana kimi hər hansı bir oyunçunu heyətə cəlb edəcəksiniz?
- Yox, bu haqda düşünmürük.
- Vaqif Cavadovu yenidən “Qarabağ”da görmək istəyərdiniz?
- Əlbəttə, görmək istəyərdim. Vaqif Cavadovla danışıqlarımız da oldu. Sadəcə olaraq, klubun büdcəsini də nəzərə almaq lazımdı. Vaqifin “Tvente” ilə 3 illik müqaviləsi var. Biz ona bir illik təklif etdik. O isə 3 illik istədi və öz şərtlərini irəli sürdü. Ancaq klubumuzun bu şərtlərə imkanı olmadı. Hazırda “Bakı” klubu ilə danışıb-danışmadığını bilmirəm. Onu deyə bilərəm ki, Vaqifi həmişə komandamızda görməyə hazırıq. Sadəcə olaraq bizim şərtləri də nəzərə almaq lazımdır.
- “Qarabağ” bu heyətlə, gənc oyunçularla ölkə çempionatına hazırdır?
- Biz hələ çempionat haqqında düşünməmişdik. İki aya yaxındır ki, avrokubok haqqında fikirləşirdik. “Borussiya” ilə cavab oyunundan sonra bütün imkanlarımızı ölkə çempionatı üçün sərgiləyəcəyik. Bu mövsüm premyer liqanın cəmi iki oyununu izləmişəm. İlk turda “Neftçi” ilə heç-heçə oynamışıq. Dünən MOİK-lə oynadıq. Avqustun 29-da 4-cü turda “Bakı” ilə oyunumuz var. Biz bu oyunun da təxirə salınması üçün federasiyaya yazılı surətdə müraciət edəcəyik. Sonra çempionat haqqında fikirləşməyə 10 gün vaxtımız olacaq.
- Rəhbərlik komandanın qarşısına hər hansı bir məqsəd qoyub?
- Sözün düzü, ölkə çempionatı ilə bağlı rəhbərliklə hələ danışmamışıq. Görüşlərdə sadəcə Avropa oyunları ilə bağlı söhbət etmişik. Məhz buna görə çalışırıq “Bakı” ilə oyunu təxirə salaq. Çünki cavab qarşılaşmasından sonra futbolçular yorğun olacaq. Həmin arada rəhbərliklə ölkə çempionatı haqqında görüşüb danışacağam.
- Premyer liqada “Qarabağ”a ən layiqli rəqib kimi görürsünüz?
- Son vaxtlar çempionat elə gedir ki, hər bir rəqib hansısa güclü komandaya qarşı layiqli oyun göstərir. Ötən çempionatda da liderlərin hansı komandalarla oyunda xal itirdiyinin birlikdə şahidi olduq. Cari mövsümdə də bu təkrarlanır. Məsələn, “Muğan” “Bakı”nı 1:0 hesabı ilə məğlub etdi, sonra AZAL Gəncədə eyni adlı klubla heç-heçə oynadı. Mənə elə gəlir ki, bu il çox maraqlı çempionat keçəcək. Oxuduğuma görə 7-8 klub ən azından avrokuboklarda iştirak etmək istəyindədir. İndi mən kiminsə özümüzə rəqib olduğunu desəm, düzgün çıxmaz. Çünki hər kluba hörmətlə yanaşmalıyıq. Hətta hər bir rəqib liderdən xal ala, eyni zamanda məğlub edə də bilər.
- Hakimlərlə bağlı nə deyərdiniz?
- Düşünürəm ki, keçən ilkindən daha çox irəliləyiş olacaq. Çünki biz son 2-3 ildir hakimlərdə ancaq irəliləyiş görürük. Baxmayaraq ki, narazılıqlar olur. Əvvəlki vaxtlarda daha təcrübəsiz idilər, daha çox səhvlərə yol verirdilər. Amma son vaxtlar get-gedə ancaq yaxşılığa doğru dəyişiklik baş verir. Səhv etmirəmsə, bu ildə bir neçə cavan hakimlər olacaq. Əlbəttə federasiya futbolumuzun inkişafı üçün bunu edir. Mənə elə gəlir düz də edirlər. Bəzən etiraz da olur. Bunsuz mümkün deyil. Hətta biz dünya çempionatlarında elə səhvlər görürük ki, bizim hakimlərə deyiləsi söz qalmır. Təbii, biz də onlara kömək etməliyik ki, futbolumuz inkişaf etsin. –
- Əfran İsmayılovun zədələnməsi “Qarabağ”ın oyununa necə təsir edəcək?
- Əfran heyətə tam uyğunlaşmışdı və gündən-günə inkişaf edirdi. Təbii ki, biz də onun zədələnməsini istəməzdik. Amma hər bir oyunçu zədələnə bilər. Şükürlər olsun, hər şey qaydasındadır və iki aydan sonra qaçmağa başlayacaq, 5 aydan sonra isə komandanın məşqlərinə qatılacaq və oynayacaq.
Mənbə: qafqazinfo.az
2-ci liqada 3 oyun
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı