Son günlərdə vurduğu qollarla futbol ictimaiyyətinin diqqətini cəlb edən özbəkistanlı futbolçu Bahodir Nasimov "Neftçi" futbol klubunun rəsmi saytına musahibə verib. Qol.Az həmin müsahibəni sizə də təqdim edir.
- Bahodir, "Neftçi"yə yay transfer dönəmində qoşulan futbolçulardansan. Özünü yeni komandanda necə hiss edirsən?
- Bildiyiniz kimi, mən "Rubin"də çıxış edirdim. Kazan klubu Rusiya çempionatının son qalibidir, Premyer Liqada mübarizə aparan komandalar arsında güclü rəqabət mövcuddur. Məhz yay transfer dönəmində mənə "Neftçi"də baxışdan keçmək üçün təklif gəldi. Bu komandanın zəngin tarixə malik olduğunu bildiyim üçün həvəslə Bakıya yollandım.
- Bakıya gəldiyin ilk oyunda "Qəbələ"yə qol vurdun. Yeni komandanın heyətində fərqlənmək necə duyğudur?
- Həmin oyundan bir gün əvvəl Bakıya gəlmişdim. Təbii ki, bir az yorğunluq var idi. Buna baxmayaraq, qol vurmaq imkanını əldən vermədim.
- Türkiyə toplanışında da özünü yaxşı tərəfdən göstərə bildin. Belə təəssürat yaranır ki, hər oyunda qol vurmadan meydanı tərk etmək fikrində deyilsən.
- Düşünürəm ki, hücumçunun əsas işi qol vurmaqdır. Təbii ki, "Neftçi"nin forvardı kimi mənim vəzifəm rəqib qapıçıları məyus etməkdir. Hər oyunda üzərimə düşən vəzifənin öhdəsindən gəlmək üçün var gücümlə çalışıram.
Qeyd edək ki, "Neftçi"nin yeni transferi Bahodir Nasimov meydana çıxdığı 3 oyunda 5 qol vuraraq, hal-hazırda çempionatımızın ən sərrast futbolçusudur.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu