Rusiya çempionu “Rubin”lə əməkdaşlığa əsasən bu komandanın “Neftçi”nin düşərgəsinə gələn 22 yaşlı özbəkistanlı yarımmüdafiəçisi Vaqiz Qaliulin Bakını tərk edib. Bu haqda Qol.Az-a paytaxt klubunun baş məşqçisi Arif Əsədov məlumat verib.
Qeyd edək ki, 2006-cı ildən "Rubin"in şərəfini qoruyan Qaliulin Özbəkistan yığmasının üzvüdür. Bir neçə gün öncə ölkəmizə təşrif buyuran futbolçu "Neftçi"nin heyətində məşqlərə qoşulmuşdu. Paytaxt klubunun çalışdırıcısının sözlərinə görə, onlar bu futbolçunu yaxından sınadıqdan sonra, heyətdə saxlamaq haqda düşünsələr də, atasının səhhətinin pisləşməsi səbəbindən ölkəmizi tərk etmək məcburiyyətində qalıb. Ona görə də, Qaliulinin “Neftçi”yə keçidi baş tutmayıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?