İki ilə yaxındır ki, “İnter”in əsas qapıçısı olan Georgi Lomaya milli karyerasını başa vurmaq qərarına gəlib. Qol.Az-ın məlumatına görə, 31 yaşlı futbolçu artıq Gürcüstan millisindəki çıxışını dayandırıb. Elə Lomayanın qonşu ölkə yığmasının sonuncu yoldaşlıq oyununda iştirak etməməsi də buna işarədir.
Deyilənə görə, buna həm də Gürcüstan millisinin baş məşqçisi Timuri Ketsbayanın ölkəmizdə top qovan futbolçuların heç birini milliyə dəvət etməyəcəyi barədə verdiyi açıqlama səbəb olub. “İnter”in heyətində isə 5 gürcü futbolçu yer alır ki, onlardan Lomaya ilə yanaşı David Obikadze və İlia Kandelaki də ötən seçmə mərhələdə yığmalarının şərəfini qoruyurdular. Premyer Liqamızda çıxış edən digər klublarda da gürcü oyunçuların çoxluq təşkil etdiyini vurğulayaq.
Qeyd edək ki, 2002-ci ildən Gürcüstanın əsas komandasına cəlb olunan qolkiper ümumilikdə yığmada 43 görüş keçirib.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?