İngiltərə Premyer Liqasında 2-ci tura start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə turun 7 qarşılaşması baş tutub. İlk turda "Vest Bromviç"i 6:0 hesabı ilə yenən "Çelsi" yenə eynihesablı qələbə qazanıb. Çempionun bu dəfəki qurbanı "Viqan" olub. "Arsenal" da 6:0 hesablı qələbə qazanıb. "Topçular" "Blekpul"u darmadağın edib. "Birmingem" evdə "Blekbern"i, "Vest Bromviç" "Sanderlend"i, "Tottenhem" səfərdə "Stok Siti"ni, "Bolton" "Vest Hem"i yenib. "Everton" - "Vulverhempton" oyununda isə qalib müəyyənləşməyib.
Turun daha iki oyunu dünən gecə keçirilib. "Nyukasl" "Çelsi" və "Arsenal"ın yolu ilə gedərək, "Aston Villa"ya altı cavabsız qol vurub. "Fulhem" isə "Mançester Yunayted"lə bərabərə qalıb - 2:2. Tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq.
İngiltərə Premyer Liqası
2-ci tur
21 avqust
Arsenal - Blekpul - 6:0
Birmingem - Blekbern - 2:1
Everton - Vulverhempton - 1:1
Stok Siti - Tottenhem - 1:2
Vest Bromviç - Sanderlend - 1:0
Vest Hem - Bolton - 1:3
Viqan - Çelsi - 0:6
22 avqust
Nyukasl - Aston Villa - 6:0
Fulhem - Mançester Yunayted - 2:2
23 avqust
Mançester Siti – Liverpul
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?