Sakit Alıyevlə Almir Hirtiç nədən razı qalıb?

XƏBƏR 22 Avqust 2010 / 21:42 1996
-  A +

"Komandamın oyunundan razı qaldım. Gərgin oyun keçdi. Buraxdığımız qolda müdafiəçilərimiz rəqibin uzun ötürməsinə çata bilmədilər və nəticədə hesabda geri düşdük. Lakin qısa zamanda bərabərliyə nail olduq". Qol.Az-ın məlumatına görə, bu sözləri “Muğan”ın baş məşqçisi Almir Hurtiç söyləyib.
Bu gün Unibank Premyer Liqasının 3-cü turu çərçivəsində Tovuzda keçirilən “Turan” – “Muğan” oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sakit Alıyev isə bunları deyib: "Orta xətt futbolçularının və hücumçuların oyunu məni qane etdi. Müdafiəçilərdən isə narazı qaldım. Daha iki futbolçu transfer etmək fikrindəyik. Alınmasa, yerli oyunçulara şans verəcəyik".


Qarabağ FK
Son xəbərlər
topaz banner