MOİK-in baş məşqçisi: “Hücum xəttimizdə problemlər var”

XƏBƏR 22 Avqust 2010 / 20:55 1526
-  A +

“Öncə “Qarabağ”ı qazandığı qələbə münasibətilə təbrik edirəm. Komandamızın oyununa gəlincə, bundan öncəki oyunda da olduğu kimi, minimal hesabla uduzduq”. Qol.Az-ın məlumatına görə, bu sözləri MOİK-in baş məşqçisi Ramil Əliyev söyləyib.
Bu gün Unibank Premyer Liqasının 3-cü turu çərçivəsində “Qarabağ”ı qəbul edən “hərbçilər”in çalışdırıcısı minimal hesablı məğlubiyyətlə üzləşdikləri oyundan sonra keçirilən mətbuat konfransında daha sonra bunları vurğulayıb: “Gənclərdən qurulan komandamız var. Hələ istədiyimiz oyunu sərgiləyə bilmirik. Bundan əlavə hucum xəttimizdə problemlər var. Çalışacağıq ki, növbəti turlarda bu problemlərimizi yoluna qoyaq”.

Son xəbərlər