Nazim Süleymanov: “Bu gün futbolçularımdan narazı qaldım”

Nazim Süleymanov: “Bu gün futbolçularımdan narazı qaldım”
XƏBƏR 21 Avqust 2010 / 22:00 1746
-  A +

“Mən bu gün futbolçularımdan narazı qaldım. Oyunçularımın səhvi və yaxşı oynamaması səbəbindən "Gəncə" 1 xal qazandı”. Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Nazim Süleymanov söyləyib.
Bu gün Unibank Premyer Liqasının 3-cü turu çərçivəsində “Gəncə”nin qonağı olan və 1:1 hesablı heç-heçə sayəsində ilk xal itkisiylə üzləşən “təyyarəçilər”in çalışdırıcısı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında xal itkisinə görə hakimləri yox, oyunçularını günahlandırıb: “Hakimlər barədə heç bir söz demək istəmirəm. Mən baş məşqçiyəm, ancaq öz futbolçularım və komandam barəsində danişa bilərəm”.

Son xəbərlər